İdman

Rəqibinə tüpürən Duqlas Kostanın cəzası açıqlandı - VİDEO

18 Sentyabr 2018 21:51
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A Seriyasının son turunda "Sassuolo" ilə oyunda rəqib futbolçusunun üzünə tüpürən "Yuventus"un yarımmüdafiəçisi Duqlas Kostanın cəzası açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyası braziliyalı futbolçunu 4 oyunluq cəzalandırıb.

Qeyd edək ki, Kosta matçın 90+4-cü dəqiqəsində rəqib futbolçusu Federiko Di Françeskonun üzünə tüpürüb. 28 yaşlı futbolçu 3 dəqiqə əvvəl isə Federikoya başla zərbə vurmaq istəyib. Hər iki epizodda sarı vərəqə alan Kosta meydandan qovulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.