İdman

10 il əvvəl Messi ilə oteldə tanış oldu, bu gün rəqib olacaqlar - FOTO

18 Sentyabr 2018 17:36
0 Şərh     Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsində "Barselona" - PSV oyunundan əvvəl maraqlı məlumat ortaya çıxıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 10 il əvvəl "Barselona"nın "Levante"ni 5-1 hesabı ilə məğlub etdiyi oyundan sonra futbolçularla eyni oteldə qalan PSV-nin futbolçusu Steven Berqvein Lionel Messi ilə şəkil çəkdirmişdi. 20 yaşlı vinqer bu gün şəkil çəkdirdiyi futbolçuya qarşı oynamaq şansı qazanacaq. Hollandiyalı futbolçu həmin anı xatırlayıb və fikirlərini bölüşüb:

"Barselona" "Levante"ni 5-1 hesabı ilə məğlub etdiyi oyundan sonra bizim qaldığımız otelə futbolçular da gəlmişdi. Oteldə komputer otağı da var idi. Bəzi oyunçular orada vaxt keçirirdi. Mən də yaxınlaşıb, Messi ilə şəkil çəkdirdim. Maraqlıdır, indi də ona qarşı oynayacam".

Qeyd edək ki, "Barselona" - PSV oyunu bu gün Bakı vaxtı ilə 20-55-də başlayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.