İdman

"Qarabağ"ın Portuqaliyada son məşqinin və mətbuat konfransının vaxtı bəlli oldu

18 Sentyabr 2018 16:04
1 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşacaq.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin oyunöncəsi açıq məşqinin və mətbuat konfransının vaxtı açıqlanıb.

Sentyabrın 19-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov saat 21:30-da media mənsublarının önünə çıxacaq. 

Bakı vaxtı ilə saat 22:00-da qarşılaşmanın keçiriləcəyi "Joze Alvalade" stadionunda komandanın son məşqi baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.