İdman

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşdi

17 Sentyabr 2018 16:06
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 20-də Bakıdakı Milli Gimnastika Arenasında start götürəcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşib.

Milli.Az xəbər verir ki, nüfuzlu yarışın püşkü sentyabrın 19-da "Hilton Hotel"də atılacaq.

Açılış mərasimi isə sentyabrın 21-nə təyin olunub. Məşhur italiyalı müğənni Al Banonun qatılacağı və xüsusi açılış proqramı ilə müşayiət olunacaq tədbir saat 14:00-da başlanacaq.

Bütün yarış günlərində fərdi görüşlər saat 10:00-da, final görüşləri isə saat 16:00 start götürəcək. Yalnız son günə - sentyabrın 27-nə təsadüf edəcək qarışıq komanda yarışlarının startı saat 9:00-a təyin olunub.

19 sentyabr
14:00. Fərdi və komanda yarışlarının püşkatması

20 sentyabr
Qadınlar 48 kq / Kişilər 60 kq
10:00. İlkin görüşlər 
16:00. Final görüşləri

21 sentyabr
Qadınlar 52 kq / Kişilər 66 kq
10:00. İlkin görüşlər
14:00. Açılış mərasimi
16:00. Final görüşləri

22 sentyabr
Qadınlar 57 kq / Kişilər 73 kq
10:00. İlkin görüşlər 
16:00. Final görüşləri

23 sentyabr
Qadınlar 63 kq / Kişilər 81 kq
10:00. İlkin görüşlər 
16:00. Final görüşləri

24 sentyabr
Qadınlar 70 kq / Kişilər 90 kq
10:00. İlkin görüşlər 
16:00. Final görüşləri

25 sentyabr
Qadınlar 78 kq / Kişilər 100 kq
10:00. İlkin görüşlər 
16:00. Final görüşləri

26 sentyabr
Qadınlar +78 kq / Kişilər +100 kq
10:00. İlkin görüşlər 
16:00. Final görüşləri

27 sentyabr
09:00. Qarışıq komanda yarışları

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.