İdman

"Qarşımıza Avrokuboklara düşmək vəzifəsi qoyulmayıb" - Aftandil Hacıyev

15 Sentyabr 2018 23:37
0 Şərh     Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maraqlı oyun alındı. Hər iki komanda mübarizə apardı. Bu cür oyunların sayı artdıqca, çempionatımızın səviyyəsi də artır. Komandamdan razı qaldım. Müdafiədə az səhvə yol verdik. Futbolçularımı təbrik edirik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının IV turunda evdə "Zirə" ilə 1:1 hesablı heç-heçədən sonra söyləyib.

O bildirib ki, "Səbail"in 6 futbolçusunun milli komandalara çağırılması oyunlarına təsir edib:

"Bizim qarşımıza Avrokuboklara düşmək vəzifəsi qoyulmayıb. Yeni komandayıq. Futbolçuların üzərinə belə bir təzyiq qoymaq istəmirik. Əlbəttə, biz də Avrokubok zonasına düşmək istərdik. Lakin "Zirə" də yaxşı komandadır və qitəmiqyaslı yarışlara çıxmaq istəyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.