İdman

"Sistemdən yox, oyunumuzdan narazıyam" - Samir Abasov

15 Sentyabr 2018 23:27
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlk oyunum idi. Futbolçularımı başa düşürəm. Onlara demişəm ki, bir-birimizə tez öyrəşməliyik. Bu gün çoxlu suallara cavab tapdıq. Bunun üzərində işləməliyik. İnanıram ki, oyunçularım bunu bacaracaqlar".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Zirə"nin baş məşqçisi postunda debüt edən Samir Abasov Azərbaycan Premyer Liqasının IV turunda səfərdə "Səbail" ilə 1:1 hesablı bərabərlikdən sonra deyib.

Mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında bildirib ki, sistemdən yox, oyunlarından narazıdır:

"Yenilikdən söhbət gedə bilməz. Sadəcə, əlimdə olan oyunçulara görə belə seçirəm. "Sumqayıt"da fərqli idi, burada fərqli. Bu gün iki futbolçumuz - Bilal və Dedov zədəli idi, onlar oyunu öz üzərilərinə götürə bilirlər. Əlimizdə olan oyunçulara görə bu sistemi yeritməyə məcburuq. Alınmasa, nələrisə dəyişməliyik. Sistemdən yox, oyunumuzdan narazıyam. Yavaş-yavaş addımlamalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.