İdman

Onların fikirlərini dəstəkləmirəm - “Real”ın baş məşqçisi

15 Sentyabr 2018 18:14
0 Şərh     Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın baş məşqçisi Xulen Lopeteqi La Liqada "Atletik"lə oynayacaqları matçdan əvvəl mətbuat konfransı keçirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, ispan mütəxəssis La Liqa oyunlarının İspaniyadan kənarda keçirilməsinə qarşı olduğunu deyib:

"Hər bir komanda eyni yerdə oynamaq istəyər. Oyunları nə üçün kənarda keçirmək istədiklərini başa düşmürəm. Bu fikri də dəstəkləmirəm. Bu, La Liqada rəqabət səviyyəsinə ciddi zərər vura bilər.

"Atletik"ə gəlincə, biz bütün heyətlə ora gedəcəyik. Bizi çətin qarşılaşma gözləyir. Vacib oyundur, heyətdə dəyişiklik edəcəyimi düşünmürəm".

Yeni qərara əsasən, hər mövsüm İspaniya çempionatının bir neçə oyunu ABŞ və Kanadada keçiriləcək. Bu oyunlar "Barselona" və "Real"ın iştirakı ilə baş tutacaq. Onu da qeyd edək ki, Futbolçuların Həmkarlar İttifaqı bu ideyanın əleyhinə çıxıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.