İdman

"Traktor Sazi" kubokla vidalaşdı

15 Sentyabr 2018 13:39
1 Şərh     Baxış: 650

Futbol üzrə İran Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Milli.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçiləri də bu turnirin cari mövsümündə ilk matçlarına çıxıblar.

"Maşinsazi" səfərdə "Kaspian"la qarşılaşıb. Təbriz klubu aşağı liqa təmsilçisini 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Təbrizin daha məşhur "Traktor Sazi" klubu isə startdaca mübarizəni dayandırıb. "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Con Toşakın çalışdırdığı bu komanda səfərdə "Sanat Naft"la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabıyla bitib. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. 3:4 hesabıyla uduzan "Traktor Sazi" kubokla erkən vidalaşmalı olub.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 15 Sentyabr 15:0700

    Trəxtür Ürəkdi... "Səni deyirlər" di...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.