İdman

"Sumqayıt" azarkeşləri ilə Rəşad Sadıqov arasında gərginlik baş verib - VİDEO

14 Sentyabr 2018 23:20
8 Şərh     Baxış: 1 181

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun açılış oyununun sonlarında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov və "Sumqayıt" azarkeşləri arasında gərginlik baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, buna 36 yaşlı müdafiəçinin əlinin son saniyələrdə cərimə meydançası daxilində topa toxunması səbəb olub.

Həmin epizodda top yerə yıxılan Sadıqovun əlindən meydanı tərk edib. Baş hakim İnqilab Məmmədovun penalti təyin etməməsindən qəzəblənən qapı arxasındakı "Sumqayıt" azarkeşləri təcrübəli oyunçuya etirazlarını bildiriblər. Onların etirazları oyundan sonra da davam edib. Bu zaman Sadıqov "Sumqayıt"ın bir neçə futbolçusu ilə birgə həmin fanatlara yaxınlaşaraq, onlardan sakit olmalarını xahiş edib. O, epizodda qayda pozuntusuna yol vermədiyini də izah etməyə çalışıb.

Qeyd edək ki, baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Sos · 14 Sentyabr 23:2714

    Hakim her iki halda goz yumdu elle oyuna

    Cavab yaz
  • Anonim
    Tənqidçi · 14 Sentyabr 23:4922

    100% penalti idi vəssalam.....

    Cavab yaz
  • Anonim
    Subhan · 15 Sentyabr 00:0222

    Tam dogru penalti idi bawqa sobet ola bilmez

    Cavab yaz
  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 15 Sentyabr 00:2620

    Bax, beləcə, Qarabağı çempionatda tərəfkeşliklə və ya tapşırıqla qalib gətirin, onun da zibili çıxsın. Avropada tağşırıq jeçməyəcək axı.... Korrupsiya hara sirayət edirsə həmin sahə geriyə iri addımlar atır...

    Cavab yaz
  • Anonim
    İ · 15 Sentyabr 03:3020

    Haqqı yiyildi sumqayıtın

    Cavab yaz
  • Anonim
    Sum · 15 Sentyabr 09:1310

    Sumqayit uduzmadi sag olsun hakimlerin sehfleri uduzdurdu Sumqayiti

    Cavab yaz
  • Anonim
    Rasim · 15 Sentyabr 20:1110

    Sora diyirler neftciye kömək edirlər,qarabaxa beyem kömək etmirlər edirlər necə lazimdi

    Cavab yaz
  • Anonim
    Sədi · 16 Sentyabr 09:4710

    Xl-ı məhv elədilər, Qəbələnin əlindən çempionluğu güclə aldılar. Bəsdi bezdiriblər. Millət hər şeyi görür.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.