İdman

Cənubi və Şimali Koreya Bakıda cüdo üzrə dünya çempionatında birgə komanda ilə çıxış edəcək

14 Sentyabr 2018 18:20
0 Şərh     Baxış: 462

Cənubi və Şimali Koreya Azərbaycanda keçiriləcək cüdo üzrə dünya çempionatında qarışıq komandaların yarışında iştirak üçün birgə komanda yaradır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Koreya Cüdo Assosiasiyası bəyanat yayıb.

Qeyd olunur ki, Şimali Koreyadan olan 4 kişi və 3 qadın cüdoçu cənubi koreyalı həmkarları ilə birgə çempionatın son günü baş tutacaq qarışıq komandaların yarışında iştirak edəcək.

Birgə komanda Koreya yarımadasının təsvir olunduğu bayraq altında iştirak edəcək.

Kişi və qadın komandaların yarışlarında isə Cənubi Koreya və Şimali Koerya ayrı-ayrı komandalarla iştirak edəcək.

Qeyd edək ki, cüdo üzrə 32-ci dünya çempionatı sentyabrın 20-27-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.