İdman

Avrokubok oyunları bir yox, iki kanalda - “CBC Sport”dan açıqlama

14 Sentyabr 2018 17:32
3 Şərh     Baxış: 898

Bu mövsüm UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və futbol üzrə İspaniya çempionatının oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi, Azərbaycanda bir yox, iki kanal yayımlayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "CBC Sport" kanalının yaydığı açıqlamada bildirilir.

"CBC Sport" telekanalı bəyan edir ki, Azərbaycanın futbol azarkeşlərinin və auditoriyanın maraqlarını nəzərə alaraq, bu mövsüm "CBC Sport" TV-nin Azərbaycan ərazisində yayımı üzrə müstəsna hüquqlara malik olduğu UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və futbol üzrə İspaniya çempionatının ölkə ərazisinə yayım əhatəsini genişləndirmək və auditoriyanın daha çox sayda oyun izləməsini təmin etmək məqsədilə "CBC Sport" və "İdman Azərbaycan" telekanalları arasında memorandum imzalanıb.

Memorandumun müddəalarına əsasən, yuxarıda adıçəkilən yarışlar çərçivəsində eyni vaxtda başlanan və "CBC Sport"un efirində yayımı mümkün olmayan oyunların siqnalı "İdman Azərbaycan" telekanalına təmənnasız şəkildə ötürülür.

Azərbaycan teleməkanında ilk dəfə bu cür addım atan "CBC Sport" TV ümid edir ki, izləyicilər və Azərbaycandakı futbol azarkeşləri bu yenilikdən razı qalacaq, həmçinin bu cür addımlar gələcək layihələr üçün örnək rolunu oynayacaq".

Milli.Az 

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    555 · 14 Sentyabr 17:3721

    Idman tv ancaq tekrar oyunlari vermek ucun açiblar ele bil

    Cavab yaz
  • Anonim
    Sumqayıtlı qız · 14 Sentyabr 17:3940

    Bölüşmək gözəldir.

    Cavab yaz
  • Anonim
    Turan · 14 Sentyabr 18:0731

    Qarabağın qrup oyunlarını hər ikisi yayımlasa, əla olar. Çünki cbc sport olmayan evlər daha çoxdu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.