İdman

Fritz “siftə”ni “Qarabağ”la edəcək

14 Sentyabr 2018 20:24
0 Şərh     Baxış: 372

AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yaradıldığını, ora sədr olaraq avstriyalı sabiq referi Fritz Stuxlikin təyin olunduğunu xəbər vermişdik.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Fritz yeni işində "siftə"ni bu gün keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyununu stadiondan canlı izləməklə edəcək. Avstriyalı sabiq referinin Azərbaycan Premyer Liqasında izləyəcəyi ilk oyun məhz "Qarabağ"ın "Sumqayıt"la görüşü olacaq. Bunu AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında Fritz özü deyib.

4-cü tur çərçivəsində keçiriləcək "Qarabağ" - "Sumqayıt" matçı saat 20.00-da start götürəcək və "Azərsun Arena"da təşkil olunacaq.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.