İdman

İcraiyyə Komitəsinin iclası keçirildi - 2 komitə birləşdirildi

14 Sentyabr 2018 17:26
0 Şərh     Baxış: 480

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Milli.Az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

1. AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilsin.

- Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Fritz Stuchlik yeni strukturun rəhbəri təyin olunsun.

- Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərsin.

- Hakimlər və Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedir və rübdə 1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə etsin.

- Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunsun.

2. Klubların lisenziyalaşdırılması prosesi ilə bağlı aşağıdakı təklif qəbul olunsun:

- Əvəzedici komandanın yarışlarda iştirakı meyarı "A" dərəcədən "B" dərəcəli meyara keçirilsin.  Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunsun.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.