İdman

Qvardiola ulduz futbolçunun qiymətini açıqladı - 250 milyon avro

14 Sentyabr 2018 13:18
0 Şərh     Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Kevin de Brüynenin sərbəstqalma qiymətini açıqlayıb.

Milli.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis "şəhərlilər"in belçikalı yarımmüdafiəçisi haqda fikirlərini bildirib. O, De Brüynenin təzminat qiymətinin 250 milyon avro olduğunu deyib:

"Kevin çox yaxşı, çox dinamik futbolçudur. O, inanılmaz oyunçudur. Onun sərbəstqalma qiyməti 250 milyon avrodur. Amma üzrlü sayın, Kevin satılmır".

Qeyd edək ki, Belçika millisinin üzvü olan Kevin de Brüyne "Mançester Siti"yə 2015-ci ildə "Volfsburq"dan 76 milyon avroya transfer olub. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2023-cü ilə qədərdir.

Elçin Əlixan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.