İdman

Ruanda Futbol Federasiyasının baş katibi rüşvətə görə saxlanılıb

14 Sentyabr 2018 23:24
0 Şərh     Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ruanda Futbol Federasiyasının baş katibi Fransua Reji Uvayezu və yarışlar üzrə komissarı Erik Ruxamirizə polis tərəfindən saxlanılıb.

Milli.Az "report"-a istinadən bildirir ki, onlar futbol üzrə Afrika Millətlər Kuboku çərçivəsində keçirilən Ruanda və Kot-d'İvuar yığmaları arasında oyunun namibiyalı hakiminə rüşvət təklif etməkdə şübhəli bilinirlər.

Federasiya isə hakimin iddiasını təkzib edərək üç hakimə nəqliyyat xərclərini qarşılamaq üçün 1000 dollar verdiklərini açıqlayıb.

Qeyd edək ki, görüş 2:1 hesabı ilə Kot-d'İvuar yığmasının xeyrinə başa çatıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.