İdman

"Qarabağ" "Sumqayıt"a qarşı

14 Sentyabr 2018 10:13
0 Şərh     Baxış: 340

Bu gün Topaz Premyer Liqasında dördüncü tura start veriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turun matçları 3 günü əhatə edəcək. İlk oyun günündə bir qarşılaşma keçiriləcək. "Qarabağ" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. 

Əslində, bu qarşılaşmada "Qarabağ" qonaq, "Sumqayıt" isə ev sahibi olmalıydı. Lakin "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Sportinq"ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün "Sumqayıt"la matçın təbii örütüklü "Azersun Arena"da keçirilməsini Peşəkar Futbol Liqasından xahiş etdi və müsbət cavab aldı. 

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.

Topaz Premyer Liqası

IV tur


14 sentyabr (cümə)

20:00. "Qarabağ" - "Sumqayıt"

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, Orxan Məmmədov
"Azersun Arena"

15 sentyabr (şənbə)

20:30. "Səbail" - "Zirə"

Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
"Bayıl Arena"

16 sentyabr (bazar)

19:00. "Sabah" - "Qəbələ"

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşad Abdullayev, Rəvan Həmzəzadə
"Əlincə Arena"

21:00. "Neftçi" - "Keşlə"
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov
"Bakcell Arena"

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.