İdman

“Mançester Yunayted”in məşqçisi “Neftçi”də

13 Sentyabr 2018 20:44
0 Şərh     Baxış: 583

"Neftçi" PFK-da yeni təyinat olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 55 taşlı ingiltərəli mütəxəssis Mik Benet "Neftçi" Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunub. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mik Benet 1979-1994-cü illər ərzində İngiltərənin "Bolton Uonderers", "Vulverhempton Uonderers", "Kembric Yunayted", "Preston Nort End", "Karlayl Yunayted" və Finlandiyanın "Koparit" klublarında oynayıb. Məşqçi kimi İngiltərənin "Bolton Uonderers" U-12 - U18 (1999-2010), "Yovil Taun"un akademiyası (2010-2011), "Uiqan Atletik" U-16 (2011-2012), "Mançester Yunayted"dən ezam olunaraq Hindistanın Mumbai şəhərindəki uşaq futbol məktəbində (2012-2014) və "Mançester Yunayted" Bakı (2014-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdi.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.