İdman

Güləş üzrə dünya çempionatı bu şəhərdə keçiriləcək

13 Sentyabr 2018 16:28
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güləş üzrə 2019-cu il dünya çempionatı Qazaxıstanın paytaxtdı Astanada təşkil olunacaq.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Güləş Federasiyasının vitse-prezidenti Erlan Kojasbay şəxsi "Facebook" profilindən paylaşım edib. O, ev sahibliyi ilə bağlı seçimdə Türkiyənin İstanbul şəhərinə qalib gəldiklərini qeyd edib.

Qazaxıstanda keçiriləcək dünya çempionatı həm də 2020-ci il Tokioda Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Mundial 2019-cu ildə 14-22 sentyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, builki dünya çempionatı 22-28 oktyabrda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.