İdman

FİFA limit tətbiq edir - İcarəyə verilən futbolçuların sayı azaldılacaq

13 Sentyabr 2018 12:57
0 Şərh     Baxış: 505

FIFA icarəyə verilən futbolçuların sayına məhdudiyyət tətbiq edə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ali futbol qurumu maksimum 8 oyunçunun icarəsinə icazə verməyi planlaşdırır. Üstəlik, bir klubun digərinə ən çox 4 futbolçu göndərməsi nəzərə tutulub. Bununla belə, klubların 21 yaşadək yetirmələri istisna təşkil edəcək.

Qərar qüvvəyə minərsə, bu, ən çox İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" klublarına təsir edəcək. Bu klublar yay fasiləsində müvafiq olaraq, 40 və 26 oyunçusunu icarəyə verib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.