İdman

"Karyeramı "Barselona"da bitirəcəm" - Qvardiola

13 Sentyabr 2018 08:01
0 Şərh     Baxış: 848

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcək karyerası ilə bağlı danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis "Mundo Deportivo"ya açıqlamasında son dayanacağının "Barselona" olacağını deyib:

"Karyerama başladığım yerdə son qoyacam. Karyeramın son illərini "Barselona"da keçirmək istəyirəm".

Qeyd edək ki, ispaniyalı mütəxəssis Kataloniya klubunun yetirməsi hesab olunur. O, 1990-2001-ci illərdə "Barselona"da oynayıb. Məşqçilik karyerasına isə klubun B komandasında başlayıb. 2008-2012-ci illərdə isə Qvardiola "Barselona"nın əsas komandasını çalışdırıb və bir çox uğurlara imza atıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.