İdman

Futbol klubları yay transfer pəncərəsində nə qədər xərcləyiblər? - Rekord məbləğ

12 Sentyabr 2018 19:48
Baxış: 631

Bu il futbol klubları yay transfer pəncərəsində 5.44 milyard dollar xərcləyərək yeni rekord müəyyənləşdirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə FİFA-nın hesabatında qeyd olunub. 

Bu müddət ərzində dünyada 8401 transfer reallaşdırılıb. Futbol klubları ötən il isə 7590 transferə 4.71 milyard dollar xərcləyiblər.

Avropanın 5 aparıcı çempionatının (İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya) klubları transfer bazarında ümumi dövriyyənin 77.5 faizini təşkil edib. Bu liqalardakı komandalar, ümumilikdə, transferlərə 4.21 milyard ödəyiblər. Bu rəqəm ötən il 3.67 milyard dollar idi.

Qeyd edək ki, yay transfer pəncərəsi iyunun 1-də açılıb və sentyabrın 1-də bağlanılıb. 

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.