İdman

"Bavariya"nın oyunu təxirə salına bilər - Ərdoğana görə

12 Sentyabr 2018 16:55
0 Şərh     Baxış: 1 400

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sentyabrın 28-29-da Almaniyaya səfər etməsi Bundesliqanın təqviminin dəyişməsinə səbəb ola bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkellə görüşmək üçün Berlinə gedəcək Ərdoğanın səfəri, sentyabrın 28-də keçiriləcək "Herta" - "Bavariya" oyununu təxirə sala bilər.

Berlin polisi Türkiyə prezidentinin səfəriylə bağlı geniş təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyini və buna görə də, sözügedən oyunun başqa tarixə salınmasının mümkünlüyünü bildirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.