İdman

Dünya çempionuna ağır cəza - Sürücülük hüququ əlindən alındı

12 Sentyabr 2018 18:04
0 Şərh     Baxış: 1 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DÇ-2018-in qalibi olan futbol üzrə Fransa yığmasının kapitanı Huqo Loris məhkəmə qarşısına çıxıb.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, avqustun 24-də sərxoş halda avtomobil idarə edərkən yaxalanan İngiltərənin "Tottenhem" klubunun futbolçusu buna görə bir gün həbsdə qalmış, amma zəmanətlə azadlığa buraxılmışdı. 

Artıq 31 yaşlı qapıçı məhkəmə qarşısına da çıxıb və ona sərt cəza verilib. Belə ki, hakim Lorisin 20 ay müddətinə sürücülük hüququndan məhrum edildiyini bəyan edib.

Britanya məhkəməsi Lorisi 50 min funt-sterlinq məbləğində də cərimə edib.

Qeyd edək ki, Loris 2012-ci ildən "Tottenhem"də çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.