İdman

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün gerisayım başlayıb

4 Sentyabr 2018 16:40
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 20-də Bakıda start götürəcək cüdo üzrə dünya çempionatı üçün gerisayım başlayıb.

Milli.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytı xəbər verir ki, artıq 133 ölkə iştirakını təsdiqləyib. Bu, son 11 ildə keçirilmiş mundiallar arasında ən yüksək göstəricidir. Rekord isə 2007-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərindəki dünya çempionatında qeydə alınıb - 138 ölkə. Digər tərəfdən, Bakıdakı çempionata son 7 ildə ən çox - 827 cüdoçu sifariş olunub. 

Azərbaycanın paytaxtında ilk dəfə təşkil olunacaq mundialda 5 qitədən olan cüdoçuların qatılması bu idman növünün qlobal ölçüsünün göstəricisidir. Hazırda Azərbaycan Cüdo Federasiyası (ACF) və IJF yarışa hazırlıq üçün bütün səylərini ortaya qoyublar.

Təqvimə əsasən, fərdi yarışlar hər gün saat 10:00-da, medal görüşləri saat 16:00-da başlayacaq. Qarışıq komanda görüşləri isə 27 sentyabr saat 9:00-a təyin olunub. Əvvəlki illərlə müqayisədə, Bakıdakı dünya çempionatı 7 deyil, 8 günü əhatə edəcək:

I gün - 20 sentybar, cümə axşamı: Kişilər - 60 kq / Qadınlar - 48 kq
II gün - 21 sentyabr, cümə: Kişilər - 66 kq / Qadınlar - 52 kq
III gün - 22 sentyabr, şənbə: Kişilər - 73 kq / Qadınlar 57 kq
IV gün - 23 sentyabr, bazar: Kişilər - 81 kq / Qadınlar - 63 kq
V gün - 24 sentyabr, bazar ertəsi: Kişilər - 90 kq / Qadınlar - 70 kq
VI gün - 25 sentyabr, çərşənbə axşamı - Kişilər 100 kq / Qadınlar 78 kq
VII gün - 26 sentyabr, çərşənbə -  Kişilər +100 kq / Qadınlar +78 kq
VIII gün - 27 sentyabr: Qarışıq komanda yarışları
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı Milli Gimnastika Arenasında təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.