İdman

"Bakıdakı dünya çempionatında ən yaxşı təşkilatçılıq gözləyirik" - İsveç Cüdo Federasiyası

3 Sentyabr 2018 15:16
0 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya çempionatı üçün hazırlıq plana uyğun şəkildə davam edir. Heç bir idmançımız zədəli deyil. Hədəfimiz Bakıda 2 medal qazanmaqdır.

Milli.Az xəbər verir ki, bunu İsveç Cüdo Federasiyasının baş katibi Erik Vesterlund Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı danışarkən deyib. O bildirib ki, kişilərin yarışında 73 kq çəki dərəcəsində çıxış edən Tommi Masias və qadınların mübarizəsində 70 kq çəkidə yarışdan Anna Bernholmdan medal gözləyirlər. 

O, dünya çempionatının yüksək təşkilatçılıq şəraitində keçəcəyinə əminlik ifadə edib: "Komandamız rəqiblər haqda lazımı məlumatlara malikdir. Bakıda yarışda ən yaxşı təşkilatçılıq gözləyirik".

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.