İdman

"Liverpul"a lazım olmayan qapıçı "Beşiktaş"a keçib

20 Avqust 2018 23:39
0 Şərh     Baxış: 1 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un qapıçısı 25 yaşlı Loris Karius karyerası Türkiyənin "Beşiktaş" klubunda davam etdirəcək. Milli.Az Trend-ə istinadən bildirir ki, "Beşiktaş" qapıçını 2.5 milyon avro məbləğində 2 illik icarəyə götürüb.

Müqavilədə Kariusun 8 milyon avro məbləğində satın alınması seçimi də var. Bu seçim "Beşiktaş"ın gələn mövsümdə avrokuboklara çıxdığı təqdirdə avtomatik olaraq aktivləşəcək.

Sövdələşmənin bu gün keçirilən "Kristal Pelas" - "Liverpul" matçından sonra rəsmiləşməsi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.