İdman

Yaponiya basketbol millisində seks qalmaqalı - 4 idmançı qovuldu

20 Avqust 2018 17:50
1 Şərh     Baxış: 1 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Basketbol üzrə Yaponiya millisi İndoneziyada keçirilən Asiya Oyunları öncəsi seks qalmaqalı ilə üzləşib.

Milli.Az bildirir ki, yenicag.az-ın gündoğan ölkənin mətbuatına istinadən verdiyi məlumata görə, millinin 4 üzvü seks işçiləri ilə birlikdə olduğu üçün geri göndərilib.

İddiaya görə, 4 yapon basketbolçu millinin forması ilə paytaxt Cakartada eskort qızlarla görüşüblər və gecəni oteldə keçiriblər.

Hadisədən dərhal xəbər tutan Yaponiya Basketbol Federasiyası bu səbəbdən adları açıqlanmayan idmançıları heyətdən çıxarıb. Yaponiya heyətinin rəhbəri Yaşuhiro Yamaşaita isə açıqlamasında utanc hissi duyduqlarını bildirib. O, məlum məsələyə görə hər kəsdən üzr istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.