İdman

Azərbaycan gimnastları Dünya Kubokunun finalında çıxış ediblər

20 Avqust 2018 16:52
Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusun Minsk şəhərində bədii gimnastika üzrə "Challenge" seriyasına aid Dünya Kuboku başa çatıb.

Milli.Az bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 39 ölkədən 200-dən çox gimnastın iştirak etdiyi turnirdə Azərbaycan təmsilçiləri də iştirak ediblər.

Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Ayşən Bayramova və Diana Domandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülükdə 8-ci olaraq qərarlaşıb.

Komandamız, həmçinin hər iki kompoziya ilə final mərhələsinə keçməyi bacarıb.

Qızlarımız 5 halqa ilə final çıxışlarına görə 19.800 xal alaraq 6-cı, 3 top - 2 ip ilə kompozisiyaya görə isə 5-ci yerdə qərarlaşıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.