İdman

Azərbaycan boksçuları Serbiyada 3 medal qazandı

20 Avqust 2018 12:46
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan boksçuları Serbiyanın Vrbas şəhərində yeniyetmələr arasında beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar.

Milli.Az Report-a istinadən bildirir ki, Vaqif Kazımovun rəhbərlik etdiyi yığmanın heyətində Murad Allahverdiyev (80 kq) bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. O, finalda hindistanlı Abhimanyu Louranı 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Əli Zamanovla (48 kq) və Əzrak Bəbirov (54 kq) isə bürünc medal qazanıblar. Onlar yarımfinalda müvafiq olaraq, Bişvamitra Çinqhtam və Laxmani Thanqjamçaya (hər ikisi Hindistan) uduzublar.

Qeyd edək ki, Azərbaycan millisi 24 ölkənin iştirak etdiyi yarışa 8 boksçu ilə qatılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.