İdman

Ramil Şeydayev bu sualı əsəbi qarşıladi

20 Avqust 2018 11:48
1 Şərh     Baxış: 1 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Krılya Sovetov" klubunun heyətində Rusiya Premyer Liqasında "Lokomotiv"ə qarşı keçirdiyi ilk oyunu dəyərləndirib. 

Milli.Az Report-a istinadən bildirir ki, 22 yaşlı hücumçu "rusfootball.info"ya açıqlamasında 0:1 hesabı ilə uduzmalarını oyunlarının alınmaması ilə əlaqələndirib. Lakin o, hazırkı durumundan razılıq ifadə edib: "Heç nə edə bilmədik və uduzduq. Yüksək toplar uğrunda mübarizələrdən qalib ayrılmalı, sıx oynamalı idik. Ümidvaram ki, gələcəkdə daha yaxşı olacaq. Özümə gəldikdə, hər şey əladır. Artıq bir həftədir komanda ilə çalışıram. Bunadək də məşq etmişdim. Oynamağa hazıram. Baş məşqçi nə desə, o da olacaq".  

Şeydayev bildirib ki, Avstriya "Mattersburq"una keçəcəyini heç vaxt deməyib: "Bunlar adi şayiələrdir. Haradan qaynaqlandığını bilmirəm. Bununla bağlı müsahibə verməmişəm, mənə çoxlu sualın verilməməsi üçün bu məsələyə toxunmamışam".    

Gənc forvard Rusiya, yoxsa Azərbaycan vətəndaşı kimi sifariş olunmasına dair sualı isə əsəbi qarşılayıb: "Bunu mən bilmirəm, rəhbərlikdən soruş. Mən oyunçuyam. Belə işlərə burnumu soxmalıyam?"

Qeyd edək ki, Ramil Şeydayev "Lokomotiv"lə oyunda meydana 82-ci dəqiqədə daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.