İdman

Azərbaycanlı futbolçu Latviyada bir oyunda 5 qol vurdu

19 Avqust 2018 14:16
0 Şərh     Baxış: 1 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol çempionatının I liqasında XIV turun oyunları keçirilib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun çıxış etdiyi "Dauqavpils" səfərdə "Auda" ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Vüqar meydana start heyətində çıxıb və sonadək oynayıb. O, komandasının 5 qoluna imza atıb.

Əsgərov 7, 31, 35, 54 və 67-ci dəqiqələrində fərqlənib. 

Cari mövsümdə vurduğu qolların sayını 18-ə çatdıran Vüqar bombardirlər yarışına başçılıq edir.

Qeyd edək ki, "Dauqavpils" 14 turdan sonra 31 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.