İdman

"Kyevo"nun qapıçısı Ronaldu ilə toqquşmadan sonra xəstəxanaya yerləşdirilib - Burun sınığı

19 Avqust 2018 11:49
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Kyevo" klubunun qapıçısı Stefano Sorrentino "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ilə toqquşmadan sonra xəstəxanaya düşüb.

Milli.Az Report-a istinadən bildirir ki, bu barədə "Football Italia" nəşri məlumat yayıb. Qolkiperə burun sınığı diaqnozu qoyulub.

Həkimlər onun başından da zədə aldığını ehtimal edirlər.

Oyunun əsas hissəsinə əlavə olunmuş vaxtda zədələnmiş Sorrentinonu qolkiper Andrea Sekulina əvəz edib. Komandanın məğlubiyyətinə səbəb olan üçüncü qolu məhz o buraxıb. Matç 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Bu, Ronaldunun "Yuventus"un heyətində debüt oyunu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.