İdman

Millimizin üzvü Portuqaliyada qolunu vurdu, meydandan qovuldu

19 Avqust 2018 11:39
0 Şərh     Baxış: 1 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya Sequndasında II turun oyunları keçirilib.

Milli.Az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovunçıxış etdiyi "Eştoril" "Braqa B"nin qonağı olub. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:0, Qaynarinfo məlumat yayıb.

Ötən tur 64-cü dəqiqədə oyuna daxil olan Renat Dadaşov bu dəfə start heyətində yer alıb və 57-ci dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb. Bu, onun Portuqaliyada ilk qolu olub. 19 yaşlı hücumçu 90+2-ci dəqiqədə rəqibinə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.

Qeyd edək ki, ilk iki turda qələbə qazanan "Eştoril" turnir cədvəlinə başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.