İdman

ŞAH turnirə qələbə ilə başladı

19 Avqust 2018 09:59
4 Şərh     Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində start götürən Sinkfild Kuboku superturnirinə qələbə ilə başlayıb. 

Milli.Az Report-a istinadən xəbər verir ki, ağ fiqurlarla çıxış edən Şəhriyar Məmmədyarov Amerikalı beynəlxalq qrossmeyster Uesli Sonu məğlub edib. 

İkinci turda Azərbaycanlı şahmatçının rəqibi Rusiyalı beynəlxalq qrossmeyster Aleksandr Qrişukla qarşılaşacaq. 

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.