İdman

Ronaldu debüt etdi: "Yuventus" son dəqiqədə qalib gəldi

18 Avqust 2018 23:54
1 Şərh     Baxış: 2 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 18-də İtaliya A Seriyasının birinci turuna start verilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, turun ilk oyunu "Markantoniyo" stadionunda baş tutub. "Kyevo" klubu "Yuventus" komandasını qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qonaqlar sonuncu dəqiqədə vurduğu qolla 3:2 hesabı ilə qalib gəliblər. Turinlilərin heyətində Sami Xedira və Federiko Bernardeski, Matia Bani (avtoqol) fərqləniblər. Meydan sahiblərinin heyətində isə Meriuş Stenpinski və Emanuyel Cakerini adlarını tabloya yazdırıblar.

Qeyd edək ki, "Real"dan "Yuventus"a transfer edilən Kristianu Ronaldu bu matçda debüt edib. 90 dəqiqə meydanda olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.