İdman

"Rəşadın nə gücü tükənib, nə də zəifləyib" - Qurban Qurbanov

18 Avqust 2018 22:08
1 Şərh     Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Futbolçularımı və azarkeşləri təbrik edirəm. Heyətdə xeyli dəyişiklik etmişdik, bununla belə pis oynamadılar. Komandamız nəticə qazanmağı bacardı".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının II turunda səfərdə "Səbail" üzərində 2:0 hesablı qələbəni şərh edərkən deyib.

46 yaşlı mütəxəssis bildirib ki, BATE ilə Çempionlar Liqasının III təsnifat mərhələsini hər iki oyununda əllərindən gələni ediblər: "Xüsusən səfər oyununda yaxşı çıxış etdik. Vurduğumuz qolun üzərində çalışmışdıq. Bununla belə, çatışmazlıqlar var. Mübarizəni dayandırdığımız üçün üzgünəm. Avropa Liqasındakı rəqibimiz "Şerif" təcrübəli komandadır. Vaxtımız çox azdır. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik".

Qurbanov BATE ilə matçlarda buraxılan qollarda səhvə yol verən Rəşad Sadıqovun azarkeşlərin tənqidi ilə üzləşməsinə də toxunub. O, kapitana inam ifadə edib: "Hamının onun karyerasını bitirməsini istəməsinə inanmıram. Rəşadı məndən yaxşı tanıyan olmaz. Onun karyerasını oyunçu kimi davam etdirməsini mən israrla istədim. Bu söhbətlər keçən il də vardı. Ona görə israr etdim. Bu gün də Rəşadın gücünə arxayınıq. Onun nə gücü tükənib, nə də oyunu zəifləyib. Səhv axtarsaq, çox futbolçuda taparıq. Sadəcə, üzdə olan insan daha çox müzakirə olunur. Buna normal baxıram. Bizi sevənlər çoxdur. Bu fikirləri bildirənlərə hörmətlə yanaşıram. Onun həm meydandanda, həm də meydandan kənarda nə qədər faydalı kapitan olduğunu yaxşı bilirəm. O, futbolumuz üçün vacib insandır. Düzdür, özü də yazılanlardan dolayı çox üzgündür. Ona görə narahat deyiləm, daha yaxşı oynayacaq. Bu gün Rəşada istirahət vermişdim. Ümumiyətlə, əsas heyətin bir çox üzvü yox idi. Ona səhər başqa cür məşq vermişdik. Heç bir psixoloji problemi yoxdur. Bu cür fikirlər ona da, mənə də pis təsir edib. Onun gücünə inanıram".

Qurbanov yeni transfer Con Delarjın özünü yaxşı tərəfdən göstərə bilməməsinə də münasibət bildirib: "Delarjın uğursuz transfer olduğunu deməzdim. Sadəcə, optimal formadan uzaqdır. Ən gec məşqlərə qoşulan oyunçudur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.