İdman

Rəhbərliyi tənqid etdiyinə görə işindən kənarlaşdırıldı

18 Avqust 2018 21:52
1 Şərh     Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Bordo" klubunun rəhbərliyi komandanın baş məşqçisi Qustavo Poyeti cəzalandırıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, uruqvaylı mütəxəssis bir həftəlik işindən kənarlaşdırılıb.

Belə bir qərarın qəbul olunmasına onun bir neçə gün öncə Qaetan Labordun "Monpelye"yə satılmasını sərt tənqid etməsi səbəb olub. Belə ki, Poyet rəhbərliyin aparıcı futbolçulardan olan Labordu satarkən onunla məsləhətləşməməsindən narazı qalıb.

Baş məşqçinin bu şəkildə cəzalandırılması futbolçular arasında da narazılığa səbəb olub. Bu üzdən klub prezidenti Stefan Marten onlardan bəzisi ilə şəxsən görüşmək məcburiyyətində qalıb.

Fransa mətbuatının iddiasına görə, Poyet bir həftəlik cəzalandırısa da, onun mövsümün sonunadək komandaya rəhbərlik etməsinə icazə verilməyəcək. Belə ki, klub rəhbərliyi artıq yeni baş məşqçi axtarışına çıxıb. Amma Qustavo ilə müqavilə də qüvvədə qalacaq.

Qustavo Poyet "Bordo"nu 2018-ci ilin yanvar ayından çalışdırır. Komanda onun rəhbərliyi altında geridə qalan mövsümdə 38 oyuna 55 xalla 6-cı yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.