İdman

Simone Dzadza İtaliyaya qayıtdı

18 Avqust 2018 14:32
0 Şərh     Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Valensiya" klubunun italiyalı forvardı Simone Dzadza karyerasını "Torino"da davam etdirəcək.

Milli.Az goal.az-a istinadən bildirir ki, Dzadza İspaniya klubuna keçənə qədər "West Ham United", "Yuventus", "Sassuolo", "Askoli", "Viareco", "Yuve Stabiya", "Sampdoriya" və "Atalanta"nın heyətində çıxış edib.

27 yaşlı futbolçu 2017/18-ci illər mövsümündə İspaniya çempionatında keçirdiyi 33 oyuna (23-nü əsas heyətdə) 13 qol vurub və bir məhsuldar ötürmə edib.

Ötən mövsüm "Torino" İtaliya A Seriyasında 10-cu yeri tutub. Klub mövsümü 13 qələbə, 15 heç-heçə və 10 məğlubiyyətlə başa vurub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.