İdman

Bakıda bədii gimnastika üzrə "GymBala" adlı beynəlxalq turnirə start verilib - FOTO

18 Avqust 2018 11:55
Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə "GymBala" adlı beynəlxalq turnirə start verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iki gün davam edəcək yarışlarda fərdi proqramda 2011-2013, 2008-2010, 2006-2007, 2003-2005-ci il təvəllüdlü, qrup hərəkətləri proqramında isə 2011-2013, 2008-2010, 2006-2007 və 2003-2005-ci il təvəllüdlü gimnastlar çıxış edəcəklər.

Təcrübəli gimnastlarla yanaşı, daha az yaşlı gimnastların da çıxış edəcəyi turnirdə iştirakçılar həm çöxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Yayın son gimnastika yarışında Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, "Zirvə" İdman Klubu, o cümlədən Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Ukrayna və Misirdən olan ümumilikdə 130-dan çox gimnast da iştirak edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.