İdman

Almaniyanın ən sevimli futbol klubu müəyyənləşdi - SORĞU

18 Avqust 2018 12:07
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın ən sevimli futbol klubu müəyyənləşib.

Milli.Az Report-a istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğuda Dortmund "Borussiya"sı 52 faiz səslə birinci olub. Bu kluba nifrət edənlər 31 faiz təşkil edib.

Ölkənin ikinci ən sevimli klubu "Bavariya"dır. Lakin Münhen təmsilçisini bəyənlərlə nifrət edənlərin nisbəti eynidir - 41 faiz. Sorğuda iştirak edənlərin 18 faizi isə son ölkə çempionununa münasibətdə neytrallıq nümayiş etdiriblər.

Qeyd edək ki, Almaniyanın ən titullu klubu "Bavariya"dır. Münhen təmsilçisi 18 dəfə ölkə çempionu olub, 10 dəfə gümüş medal qazanıb. Bu klub 18 dəfə Almaniya Kubokunun, 5 dəfə Çempionlar Liqasının qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.