İdman

"Milan"ın sabiq futbolçu reperliyə başlayıb - VİDEO

18 Avqust 2018 10:06
0 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Milan" klubunun sabiq futbolçusu Kevin-Prins Boatenq reperliyə başlayıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, hazırda İtaliyanın digər təmsilçisi - "Sassuolo"nun formasını geyinən 31 yaşlı hücumçu ilk klipini təqdim edib. O, "King" adlı mahnısına "YouTube"də qısa zaman ərzindən 200 mindən çox baxış olub.

Almaniyada doğulan qanalı futbolçu "PRINSS Boateng" ləqəbi ilə çıxış edəcək.

Qeyd edək ki, 2010-2014-cü illərdə Qana millisinin formasını geyinən forvard karyerası ərzində Almaniyanın "Herta", "Şalke", "Borussiya" (Dortmund), "Ayntraxt", İngiltərənin "Tottenhem", "Portsmut" və İspaniyanın "Las Palmas" komandalarında da çıxış edib. Onun "Bavariya"da top qovan qardaşı Jerom Boatenq isə Almaniya yığmasının üzvüdür.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.