İdman

Fernando Alonso "Formula-1"dən gedişinin səbəbini açıqladı

18 Avqust 2018 15:06
0 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"McLaren" komandasının cari ilin sonunda "Formula-1" karyerasını bitirəcəyini elan etmiş ispaniyalı yarışçısı bu addımı nə üçün atdığına aydınlıq gətirib.

Milli.Az Report-a istinadən bildirir ki, ikiqat dünya çempionunun sözlərinə görə, "Kral yarışları"nın nəticələri artıq öncədən proqnozlaşdırıla bilən olub.

"İndi biz yarışlarda nə baş verəcəyini əvvəlcədən deyə bilərik. Biz finişdə top-15-in düzülüş qaydasını bir neçə səhvə yol verməklə qabaqcadan müəyyən edə bilərik. Görün yarışlar necə proqnozlaşdırıla bilən olub və bu, insana çox ağır gəlir", - deyə Alonso əlavə edib.

İspaniyalı yarışçı "Formula-1"də 2001-ci ildə debüt edib. O, 2005 və 2006-cı illərdə dünya çempionu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.