İdman

Məşhur futbolçu baş məşqçi ola bilər

17 Avqust 2018 22:55
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Fransa yığma komandasının sabiq forvardı Tyerri Anri "Bordo" klubunun baş məşqçisi təyin oluna bilər.

Milli.Az "report"-a istinadən bildirir ki, hazırda Anri Belçika milli komandasında baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsində çalışır.

"Bordo"nun hazırkı baş məşqçisi Qustavo Poyetdir. O, bu vəzifəyə 20 yanvar 2018-ci il tarixində təyin olunub. Avqustun 17-də hücumçu Qaetan Labordenin "Monpelye" komandasına transferini tənqid etməsi səbəbindən klub rəhbərliyi onu bir həftəlik vəzifəsindən kənarlaşdırıb.

"Bordo" 2017/18-ci illər mövsümündə Fransanın I Liqasında 38 oyuna 55 xalla 6-cı yeri tutub. Komanda 16 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 15 matçda məğlubiyyətlə barışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.