İdman

Azərbaycanın 10 boksçusu Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

17 Avqust 2018 15:52
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 18-də Rusiyanın Qroznı şəhərində start götürəcək kişi boksçular arasında beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan sayca 10-cu yarışda ölkəni 10 idmançı təmsil edəcək.

Yığmanın heyətində Qoşqar Səfərli (52 kq), Sərxan Əliyev (60 kq), Fərid Ağamoğlanov, Elvin İsayev, Niyaməddin Allahverdiyev (hər üçü 64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Tural Həsənov, Rahil Məmmədli (hər ikisi 91 kq) və Məhəmməd Abdullayev (+91 kq) yer alıb.

Qeyd edək ki, milli səfərə bu gün yola düşəcək. Yarış avqustun 24-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.