İdman

Məşhur idmançı 6 milyon yatırım qoydu, 200 milyon dollar qazandı

17 Avqust 2018 09:43
0 Şərh     Baxış: 2 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Milli Basketbol Liqasının (NBA) əfsanələrindən olan Kobe Bryantın 6 milyon dollarlıq yatırım qoyduğu şirkətin dəyəri 200 milyon dollara yüksəlib.

Milli.Az qaynarinfo.az-a istinadən bildirir ki, məşhur basketbolçu 2014-cü ildə idman içkiləri istehsal edən "BodyArmor" şirkətinə 6 milyon dollarlıq yatırım edib. 4 il ərzində şirkət dəyərini yüksəldərək 200 milyon dollara çatıb.

"BodyArmor"un dəyəri "Coca-Cola"nın bu şirkətin səhmlərinin kiçik hissəsini almasından sonra yüksəlməyə başlayıb.

Qeyd edək ki, Kobe Bryant 20 illik basketbol karyerası ərzində ümumilikdə 680 milyon dollar qazanıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.