İdman

"Proqres" Rusiya futbolu tarixinə düşdü

17 Avqust 2018 08:16
0 Şərh     Baxış: 1 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci təsnifat mərhələsində "Qəbələ"ni mübarizədən kənarlaşdıran "Proqres" klubu Avroliqa ilə vidalaşıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyunda səfərdə "Ufa"ya 1:2 hesabı ilə uduzan Lüksemburq təmsilçisi cavab matçında meydandan bərabərliklə ayrılıb - 2:2. 

Bu nəticə ilə "Proqres" Rusiya futbolu tarixinə düşüb. Belə ki, "Proqres" rus klublarına 1 oyunda 2 qol vuran ilk Lüksemburq klubudur. 

Daha əvvəl Rusiya klubları 2 dəfə qitə kuboklarında Lüksemburq təmsilçiləri ilə qarşılaşıblar. 1992/93 mövsümündə "Spartak" Kuboklar Kubokunda "Avenir"i (0:0, 5:1), 10 il əvvəl isə "Saturn" İntertoto kubokunda "Ettsella"nı (7:0, 1:1) mübarizədən kənarlaşdırıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.