İdman

"Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsində rəqibi bəlli oldu

17 Avqust 2018 07:55
0 Şərh     Baxış: 1 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin oyunları başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təsnifat mərhəlsi çərçivəsində İslandiyanın "Valur" klubu ilə Moldovanın "Şerif" klubu üz-üzə gəliblər. Oyun İslandiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: H.Siqurdsson - 1:0 (40-cı dəqiqə), Z.Badibanqa - 1:1 (66-cı dəqiqə), K.Halldorsson - 2:1 (90+1-ci dəqiqə).

Xatırladaq ki, ilk oyun "Şerif"in 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Beləliklə, UEFA Avropa Liqasının "pley-off" mərhələsində "Qarabağ" - "Şerif" cütü üz-üzə gələcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.