İdman

Ramil Şeydayevin yeni komandası açıqlandı - RƏSMİ

16 Avqust 2018 16:12
0 Şərh     Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Krılya Sovetov" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə müqavilə bağlamağı planlaşdırır.

Milli.Az Report-a istinadən bildirir ki, bu barədə Samara təmsilçisinin rəsmi Twitter səhifəsində bildirilir. 22 yaşlı hücumçu "Krılya Sovetov"un əsas komandasının heyətində gənclərdən ibarət kollektivə qarşı çıxış edib. Şeydayev 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununda qollardan birinin müəllifi olub. Onunla sözləşmənin tezliklə imzalanacağı açıqlanıb.

Qeyd edək ki, Ramil Şeydayev avqustun 9-da Türkiyənin "Trabzonspor" klubu ilə müqaviləsini pozub. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. "Krılya Sovetov" isə Rusiya Premyer Liqasında 3 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.