İdman

UEFA Super Kubokunun təşkili üçün xərclənən vəsait açıqlandı

16 Avqust 2018 14:20
0 Şərh     Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniya UEFA Super Kuboku uğrunda oyunun təşkili üçün 7 milyon avro xərcləyib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Estoniya Futbol İttifaqının prezidenti Ayvar Poxlak bildirib. O, deyib ki, Estoniya hökuməti paytaxt Tallində matçın keçirildiyi "Lilleküla" stadionunun yenidənqurması üçün 5 milyon avro ayırıb. Milli assosiasiya isə 2 milyon avro sərf edib.

Qeyd edək ki, Superkubokda iki İspaniya komandası - Çempionlar Liqasının qalibi "Real Madrid"lə Avropa Liqasında birinci olan "Atletiko" qarşılaşıb. Oyun Dieqo Simeonenin rəhbərlik etdiyi kollektivin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.