İdman

Cüdo üzrə dünya çempionatının biletləri artıq satışda

16 Avqust 2018 13:52
0 Şərh     Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20-27 sentyabr 2018-ci il tarixində Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Gimnastika Arenasında baş tutacaq mötəbər yarış üçün biletləri "Asan Xidmət" mərkəzlərindən, şəhərimizin bütün kassalarından, eləcə də onlayn olaraq iTicket.az saytından almaq olar.

Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq səhər yarışları üçün 1, 5 manat, VİP yerlərə 25 manat, final mərhələsi üçün isə 2 və 10 manat, VİP yerlər 50 manatdır.

Qeyd edək ki, bu yarışda dünyanın 150-ə yaxın ölkəsinin cüdoçularının iştirakı gözlənilir. Dünya çempionatının təntənəli açılış mərasimi sentyabrın 20-i saat 15:00-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.